Ceyhun Bayramov Rusiyaya getdi

 17:15 04.12.2022     325

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi və ikitərəfli tədbirlərdə iştirakı nəzərdə tutulur.