Əhməd Obalıdan “Cənubi Azərbaycan məsələsi bitib” deyənlərə MESAJ

 12:12 05.12.2022     442

"Şuşa o zaman işğal olunanda xatırlayıram, bir nəfər bizə bildirmişdi ki, bir daha Şuşanı görməyəcəksiniz, amma gördük".

Redaktor.az xəbər verir ki, bunu Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı Mətbuat Şurasındakı görüşündə deyib.

Milli fəal Güneydə baş verən prosesləri tarixi şərait kimi qiymətləndirib.

"Şuşa alınandan sonra həmin adamı çox axtardım deyəm ki, sənin proqnozun yanlış çıxdı. Amma, təəssüf, tapmadım. Və bir zamanlar “Cənubi Azərbaycan məsələsi bitib” deyən adamlar da olub. İndi mən arzu edirəm ki, həmin bu ifadələri işlədən adamları da elə olsun ki, tapaq və deyək: “Bu proqnoz da yanlış çıxdı. O məsələ bitməyibmiş”. Bilirsiniz, hazırda Güneydə tarixi fürsət yaranıb. Ötən 100 il ərzində 4 dəfə inqilab olub və haqqımızı tələb etmişik. Bu 4 inqilabın hamısında vədlərə inanmışıq ki, bu da bizim səhvimiz olub. Məhəlli dövlət vədindən gedir söhbət. İnanıram ki, artıq bu cür vədlərə inanmayacağıq", - deyə Ə.Obalı bildirib.