Əli Əsədov Putinin köməkçisi ilə görüşdü

 16:58 05.12.2022     319

Azərbaycanın Baş Naziri Əli Əsədov dekabrın 5-də Rusiya Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb.

Redaktor.az Nazirlər Kabinetinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Görüş zamanı Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı tərəfdaşlığın gündəliyində duran aktual məsələlər müzakirə olunub.