Azərbaycan səfiri Türkiyə hərbi bazasında - FOTO

 22:24 06.12.2022     227

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Batman şəhərində yerləşən Türkiyə Silahlı Qüvvələrinin ilk və yeganə Pilotsuz Hava Sistemləri Baza Komandanlığını ziyarət edib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, polkovnik İhsan Kaplanla görüşdə Azərbaycan-Türkiyə qardaşlığı müzakirə edilib.