Yunanıstan Azərbaycana yeni səfir təyin etdi

 11:23 07.12.2022     127

Kristo Kapodistria Yunanıstanın Azərbaycanda yeni səfiri təyin olunub.

Redaktor.az xəbər verir ki, Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov yeni səfirlə görüşüb.

“Bakıda fəaliyyət göstərəcək yunanıstanlı həmkarım Kristo Kapodistriaya Azərbaycan və Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafında uğurlar arzulayıram!”, - A.Hüseynov feysbuk səhifəsində yazıb.

Yeni səfirin yaxın vaxtlarda Bakıya gələcəyi gözlənilir.

Qeyd edək ki, K.Kapodistria Yunanıstanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsində Nikolas Piperiqosu əvəz edəcək.