"Üçtərəfli görüş nəticəsiz başa çatıb" - Paşinyan

 17:33 07.12.2022     216

"Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri dekabrın 6-da Moskvada keçirilən üçtərəfli görüşdə dəmir yolunun açılması məsələsində konkret nəticə əldə etməyiblər".

Redaktor.az TASS-a istinadla bildirir ki, bunu parlamentdə hökumət saatında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Dünən Arazdəyən-Ordubad-Meğri-Horadiz dəmir yolunun fəaliyyətinin bərpası məsələsi müzakirə olunub. Təəssüf ki, konkret nəticənin olduğunu deyə bilmərik, amma Ermənistan bu planı həyata keçirməkdə maraqlı olduğunu bir daha etiraf edirəm ki, biz buna hazırıq. ”, - deyə baş nazir bildirib.

Paşinyan əlavə edib ki, sözü gedən dəmiryolu xətti Ermənistan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməlidir.

Tunar Altunbay