Albaniyanın baş naziri Azərbaycana gəldi

 08:38 08.12.2022     308

Albaniyanın Baş naziri Edi Rama dekabrın 7-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Redaktor.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür.

Baş nazir Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar. 

Vumart və Güvən reklamı Vumart Güvən