"Ermənistan sülh müqaviləsinin mətnini Azərbaycana təqdim edəcək" - Armen Qriqoryan

 15:37 08.12.2022     218

“Ermənistan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması üçün hər cür səy göstərəcək”.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də keçirdiyi brifinqdə deyib.

O bildirib ki, rəsmi İrəvan sülh müqaviləsinin Ermənistan tərəfinin əlavə və şərhləri ilə redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək.

Tunar Altunbay