“Brüssel Rusiyanı Qafqazdan çıxarmaq arzusundadır” - Zaxarova

 15:43 08.12.2022     278

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində dislokasiya olunmuş missiyası barədə danışıb.

Redaktor.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Zaxarova missiyanın məqsədinin başqa olduğunu bildirib.

O, missiyanın səlahiyyət müddətinin uzadılması məsələsinə də toxunub: “Biz bunu şərh etməyəcəyik. Bu mövzu Azərbaycan və Ermənistan arasında müzakirə olunmalıdır”.

“Brüsselin arzusu Rusiyanı regiondan çıxarmaqdır”, - XİN sözçüsü əlavə edib.