Sabah Paşinyan Putinlə görüşəcək

 17:21 08.12.2022     279

Rusiya Prezidenti Vladimir Putin dekabrın 9-da Qırğız Respublikasının paytaxtı Bişkekdə Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

Redaktor.az Rusiya KİV-in ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov brifinqdə bildirib.

Qeyd edək ki, dekabrın 9-da Bişkekdə Avrasiya İqtisadi İttifaqının sammiti keçiriləcək.