Paşinyan xüsusi nümayəndə ilə sərhədin delimitasiyasını müzakirə etdi

 19:11 08.12.2022     354

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Bildirlib ki, həmsöhbətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, Dağlıq Qarabağ problemi ətrafında baş verən son hadisələr, o cümlədən Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizlik təminatlarının təmin edilməsi məsələlərini müzakirə ediblər. Regional təhlükəsizlik, sülh və sabitlik, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası, eləcə də regionun nəqliyyat infrastrukturunun blokdan çıxarılması prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Aİ-nin Ermənistanda yerləşdirilmiş mülki missiyasının əhəmiyyətini vurğulayaraq, onun fəaliyyətinə toxunublar. Paşinyan Praqada keçirilən görüşün formatına uyğun gələcək müzakirələrin vacibliyini vurğulayıb.

Turan İSMAYIL