“İranda etirazlar yatırılacaq” - Politoloq

 15:21 09.12.2022     846

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı İrana qarşı sanksiyalar hazırlayır.

Sanksiyalar müəyyən fiziki və hüquqi şəxslər üçün səyahət qadağaları və xarici aktivlərin dondurulmasını ehtiva edir.

Yeni sanksiyalar İranda etiraz aksiyalarının yatırılmasında iştirak etdiyinə görə 21 fiziki və hüquqi şəxsə şamil ediləcək, daha 10 nəfər Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı məhdudiyyətlərə məruz qalacaq.

Maraqlıdır, Avropa İttifaqının yeni sanksiyaları İran hökumətinin etirazçılara qarşı davranışına necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirdi ki, sanksiyalar İran dövlətinə yaxşı təsir etməyəcək.

“Amma düşünmürəm ki, hakimiyyət çöksün, məğlub olsun və ya təslim olsun. Elə şey yoxdur. Əgər iqtisadi azadlıqlar məhdudlaşırsa, əlbəttə ki, mənfi təsir göstərəcək.

Etirazlar onsuz da yavaş-yavaş səngiyir. Rejim hələ kifayət qədər möhkəmdir. Rejim o vaxt zəifləyir ki, içəridə çat əmələ gəlir, daxili qruplar arasında hakimiyyət üzərində mübarizə gedir. Müəyyən yolla bəzi yumşalmalar olacaq, etirazlar yatırılacaq”, - deyə politoloq vurğuladı.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən