Hikmət Hacıyev diplomatların Qubadlı və Zəngilana səfərindən paylaşım etdi - VİDEO

 22:05 10.12.2022     295

“Diplomatik korpusun Ermənistan işğalından azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri uğurla başa çatıb”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev tviterdə yazıb.

“Zəngilan Hava Limanında mülki təyyarələrin mühərriklərinin uğultusu. Bakı və Ankaradan olan diplomatik korpusun Ermənistan işğalından azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri uğurla başa çatıb”, - paylaşımda qeyd edilib.