İlham Əliyev Putinlə üçtərəfli sazişin icrasını MÜZAKİRƏ ETDİ

 14:08 12.12.2022     463

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə Bakı, İrəvan və Moskva arasında üçtərəfli sazişlərin icrasını müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr və bu il oktyabrın 31-də imzalanmış sazişlərin həyata keçirilməsinin bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistika əlaqələrinin bərpası planları müzakirə olunub”, - məlumatda deyilir.

Kreml qeyd edib ki, gələcək təmaslar barədə də razılıq əldə olunub.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən