Putin Paşinyanla da DANIŞDI

 17:17 12.12.2022     428

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Tərəflər Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyi müzakirə ediblər.

Rusiya və Ermənistan liderləri regionda nəqliyyat kommunikasiyalarının bərpasına və üçtərəfli razılaşmaların həyata keçirilməsinə də toxunublar.

Xatırladaq ki, bu gün Putin Azərbaycanlı həmkarı İlham Əliyevə də zəng edib. Prezidentlər üçtərəfli sazişin icrasını müzakirə ediblər.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən