ABŞ-dan Laçın yolundakı etiraz aksiyasına REAKSİYA

 11:11 13.12.2022     264

Vaşinqton hər zaman Ermənistan və Azərbaycan arasında gərginliyin aradan qaldırılması və hər iki ölkəni sabit nizamlanma yoluna çıxarmaq zərurətini diqqət mərkəzində saxlayıb.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Prays jurnalistin Vaşinqton “Laçın dəhlizi” ətrafındakı vəziyyəti, Rusiya prezidenti Vladimir Putinlə Ermənistan və Azərbaycan tərəfləri arasında son danışıqları, eləcə də Qərbi Avropanın bununla bağlı narahatlığını izləyirmi” sualını cavablandırıb.

"Biz ardıcıl olaraq bu çağırışa, bu iki ölkəni davamlı, hərtərəfli nizamlanma yoluna çıxarmaq üçün gərginliyin azaldılması zərurətinə diqqət yetiririk. Biz Vaşinqtonda bu iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüş təşkil etdik. Biz eyni şeyi Nyu Yorkda BMT Baş Assambleyasında da etdik. Bundan əlavə, baş məsləhətçimiz Filipp Riker hər iki ölkənin rəsmiləri ilə fəal dialoq aparır ki, biz mümkün olan hər şeyi edirik və ən əsası, bu iki ölkə gərginliyi azaltmaq üçün mümkün olan hər şeyi edir”, - deyə Ned Prays bildirib (modern.az).