Laçın yolundakı aksiya Ermənistan Təhlükəsizlik Şurasında MÜZAKİRƏ EDİLDİ

 12:45 13.12.2022     404

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.

Redaktor.az "SputnikErmənistan"a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

İclasda Təhlükəsizlik Şurasının üzvlərindən başqa, prezident Vaaqn Xaçaturyan, spiker Alen Simonyan, baş nazir administrasiyasının rəhbəri Arayik Arutyunyan, “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan iştirak ediblər.

Növbədənkənar iclasın mövzusu regionda, xüsusən də Laçın dəhlizindəki vəziyyət olub.

Xatırladaq ki, dekabrın 12-dən etibarən Laçın-Şuşa yolunda Azərbaycan QHT və media nümayəndələri Qarabağda təbii sərvətlərimizin talanmasına etiraz edir.

Nərmin VÜQARQIZI