Sülhməramlılar aksiya keçirilən ərazidə kazarmalar quraşdırmağa BAŞLADI
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəallar və QHT nümayəndələri Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirir.
Redaktor.az xəbər verir ki, etirazçıların önünü kəsən Rusiya sülhməramlıları aksiya keçirilən ərazidə şəxsi heyəti qida və istirahətlə təmin etmək üçün modul tipli kazarmalar quraşdırıb.
Xatırladaq ki, dünən səhər saatlarından başlayan aksiya hazırda davam edir. Şuşa-Laçın yolunda hüquq-mühafizə orqanlarının nümayəndələri, könüllülər və digər dövlət qurumlarının əməkdaşları da etirazçılara dəstək verir.
Nərmin VÜQARQIZI












