Fransa Laçın dəhlizini açmağa ÇAĞIRIŞ ETDİ

 10:06 14.12.2022     544

Fransa Laçın dəhlizində nəqliyyatın hərəkətini ilkin şərt olmadan bərpa etməyə çağırş edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Fransa Laçın dəhlizi ilə Dağlıq Qarabağa tədarükün bərpasına, orada yaşayan insanların hüquqlarına riayət etməyə çağırır", - nazirlikdən bildirilib.

Xatırladaq ki, dekabrın 12-də səhər saatlarından başlayan etiraz aksiyası hazırda davam edir. 

Laçın-Xankəndi Azərbaycan QHT nümayəndələrinin başladığı etiraz aksiyasına jurnalistlər, könüllülər və digər dövlət qurumlarının əməkdaşları da dəstək verir. 

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən