İlham Əliyev Putin və Paşinyanla görüşəcək - Peskov

 15:39 14.12.2022     345

"İlham Əliyevin Vladimir Putin və Nikol Paşinyanla üçtərəfli görüşünün əlaqələndirilməsi üzərində iş gedir, onlar ən azı MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində bir ayara gələcəklər".

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Bilirsiniz ki, MDB üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü planlaşdırılır, Azərbaycan, Rusiya və Ermənistan liderin  görüşmək imkanı olacaq. Bunun necə nəticələnəcəyi ilə bağlı hələlik iş gedir",- Peskov bildirib.

Eyni zamanda, tamhüquqlu üçtərəfli görüşün mümkünlüyündən danışan Kreml sözçüsü qeyd edib ki, bu məsələ ilə bağlı hələlik konkret razılaşmalar yoxdur.

Tunar Altunbay

 

Vumart və Güvən reklamı Vumart Güvən