Ziyəddin Kassanovdan Laçın yolundakı aksiyaçılara DƏSTƏK

 10:55 15.12.2022     558

Dünya Axısxa Türkləri Birliyi başqanı Zəyəddin Kassanov Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçılarına dəstək ismarıcı yollayıb.

Redaktor.az sözü gedən ismarıcı təqdim edir: 

"Bizim davamız haqlı davadır. Biz haqlıyıq. Allah hər zaman bu haqlı davamızda bizim yanımızda olacaq. Azərbaycandakı bütün qardaşlarımız bilsinlər ki, biz mütləq qazanacağıq. Bunun başqa yolu yoxdur. Bugün Qarabağda Laçın yolu üzərində çadır quran qardaşlarımız çox gözəl və böyük bir işdir bu. Mən çox sevinirəm və sizi sonacan dəstəkləyirəm. Maddi-mənəvi yanınızdayam. Çox gözəl və lazımlı iş görürsünüz. Bunun sonu çox gözəl olacaq çünkü Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanın sərhədləri içərisində bir bölgəmizdir. Ora heçbir zaman nə işğalçıların nə də başqa qüvvələrin ola bilməz. Onlar heçnə edə bilməzlər. Çünkü güclü Azərbaycanımız var, xalqımız var, çox şükür böyük Türk Dünyası var, Türkiyəmiz var. Cumhurbaşqanlarımız Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan var. Belə bir güclə Azərbaycan sarsılmazdır. Yurdlarından didərgin salınmış qaçqınlarımız qısa müddət ərzində geri qayıdacaqlar. Zəngəzur koridoru açılmazsa Laçın koridoru bağlanacaq, zamanı gəldiyində onsuz da bağlanacakdı. Xankəndində yaşayan ermənilərin tək şansı var. Orada yaşayıb Azərbaycan vətəndaşlığını qəbul edib, cəmiyyətimizə inteqrasiya olacaqlar. Azərbaycan xalqı böyük xalqdır. Türk milləti böyüklüyünü hər zaman göstərmişdir. Bugün Qarabağda yaşayan ermənilərə böyüklüyünü göstərir. Orada yaşayan ermənilərin haqqına, hüququna, malına, mülkünə toxunmurlar. Qarabağda yaşasalar da heç kim onlara toxunmur. Qarabağdan sürgün edilən qardaşlarımızın bugün orada yaşayan milliyətcə erməni olanlardan daha çox orada yaşamaq haqları vardır. Bugünkü vəziyyət sualsız, sorğusuz  doğru bir addımdır. Bunun sonu da çox gözəl olacaq. Oradaki qardaşlarımıza Allah səbir, güc, qüvvət versin. Bilin ki, siz tək deyilsiniz. Arxanızda Azərbaycan dövləti, Türkiyə dövləti və böyük Türk Dünyası vardır. Türk Dünyasının bir parçası olan Axısxalı Türklər olaraq biz də sizin arxanızdayıq!"

Həmidə İbrahimova

22
Vumart və Güvən reklamı Vumart Güvən