Çindən Laçın yolundakı aksiyaya  REAKSİYA

 12:59 15.12.2022     291

Çin Xarici İşlər Nazirliyi Laçın yolundakı son hadisələrə münasibət bildirib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Van Venbin keçirdiyi ənənəvi brifinqdə danışıb.

“Biz ümid edirik ki, region ölkələri dialoq və qarşılıqlı fəaliyyəti gücləndirəcək və birlikdə regional sülh və təhlükəsizliyi, əhalinin dinc həyatını dəstəkləyəcəklər”, - deyə XİN rəsmisi bildirib.

Qeyd edək ki, Azərbaycanın ictimai fəalları və Qeyri-Hökumət Təşkilatları nümayəndələrinin Xankəndi-Laçın yolunda ekoloji cinayətlər əleyhinə keçirdikləri etiraz aksiyası davam edir. Bu gün artıq aksiyanın 4-cü günüdür.

Vumart və Güvən reklamı Vumart Güvən