“Heç bir dövlət bizə Laçın yolu ilə bağlı təminat vermir” - Paşinyandan ETİRAF
Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri ilə qapalı iclas keçirib, iclasda Laçın dəhlizinin azərbaycanlı aktivisitlər tərifindən bağlanılması müzakirə olunub.
Redaktor.az "Sputnik Ermıənistan"a istinadla bildirir kii, qızğın keçən müzakirələrdə Paşinyan dəhlizin nə vaxt açılacağı ilə bağlı deputatların suallarına cavab verməyib.
Baş nazir deputatlara bildirib ki, onlar müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla əlaqə saxlayırlar, lakin onların heç biri dəhlizin açılmasına zəmanət vermir.
Rusiyanın vasitəçiliyinə gəlincə, Paşinyan da bu hissə ilə bağlı konkret heç nə deməyib. O, sadəcə qeyd edib ki, “bizim strateji tərəfdaşımız bu məsələni rəfə atıb”.
“Ancaq baş nazir əlavə edib ki, Rusiyanı da başa düşmək olar, başqaları ilə müharibə aparır, digər məsələlərlə məşğuldur. Dövlət Duması deputatlarının bütün bunların Ermənistanın Rusiya ilə İttifaq dövlətinə daxil olmaq üçün müraciət etməsinə yönəldiyi fikrinə gəlincə, Paşinyan deyib ki, bu barədə heç bir söhbət olmayıb”, - mənbə yazıb.
Məlumata görə, iclasda hakim partiyanın deputatları azlıq təşkil edib.
Tunar Altunbay












