Vardanyan Xankəndidə mitinq KEÇİRƏCƏK

Qarabağdakı separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan Xankəndidə mitinq keçirmək istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə o feysbuk profilində paylaşım edib.
"Sabah mitinq elan edirəm, onu saat 3-də Stepanakertdə (Xankəndi-red.) keçirəcəyik", - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, artıq 5 gündür ki, Azərbaycanın QHT nümayəndələri, jurnalistlər, ekofəallar və könüllülərin Şuşa-Xankəndi yolunda etiraz aksiyaları davam edir.
Nərmin VÜQARQIZI