Parlament "Siyasi partiyalar haqqında" yeni qanunu qəbul etdi

 12:18 16.12.2022     152

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Redaktor.az xəbər verir ki xəbər verir ki, layihəni Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli təqdim edib.

Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.

Daha sonra yeni qanun layihəsi ilə bağlı deputatlar təklif və fikirlərini səsləndiriblər.

Müzakirələrdən sonra yeni qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilib.