"Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır”

 13:01 17.12.2022     327

“Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır”.

Redaktor.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen dekabrın 17-də “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclasda deyib.

O bildirib ki, imzalanacaq sənəd Avropa İttifaqını (Aİ) Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq:

“Bu bizim hər iki regionumuzda təmiz enerjiyə çatmağa yardım edəcək”.