Rəsmi İrəvan Qarabağdakı ermənilərin sayı barədə yalan məlumatlar yayır - XİN
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xankəndi-Laçın yolunun “blokadası” və Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərin sayı barədə yalan məlumatlar yaymağa davam edir.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
“Sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür”, - deyə o, qeyd edib.












