Zelenski Vaşinqtona çatdı - YENİLƏNİB - FOTO

 22:25 21.12.2022     301

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin paytaxtı Vaşinqtona çatıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenskinin təyyarəsi Vaşinqton vaxtı ilə saat 12:30 radələrində paytaxt yaxınlığındakı aviabazaya eniş edib.

Belə ki, Prezident ABŞ-yə xüsusi hərbi təyyarə ilə səfər edib.

Qeyd edək ki, yaxın saatlarda Zelenski və ABŞ-li həmkarı Cozef Bayden arasında mətbuat konfransının olacağı gözlənilir.

***

Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona getməsi üçün ABŞ hərbi təyyarə ayırıb.

Redaktor.az xəbərinə görə, bu barədə CNN məlumat yayıb.

Kanal bildirir ki, hazırda Ukrayna prezidenti yoldadır. Onun Ağ Evə saat 14.00-da (Bakı vaxtı ilə 23.00) çatması gözlənilir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi bildirib ki, ABŞ səfər müddətində Zelenskinin təhlükəsizliyini təmin etmək üçün rəsmi Kiyevlə sıx koordinasiyada işləyir.

22