"Qardaş Azərbaycan Türk dünyasında daha mühüm rol oynayır" - Lukaşenko

 15:12 22.12.2022     196

"Qardaş Azərbaycan bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan Türk dünyasında getdikcə daha mühüm rol oynayır".

Redaktor.az xəbər verir ki, bu, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

"Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və haqlı hörmət qazandırıb. Bizim görüşlərimizi həmişə məmnuniyyətlə xatırlayıram. Aramızda yaranmış dostluğa və etimada əsaslanan şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa hədəflənməyimizi qiymətləndirirəm", - məktubda qeyd edilib.