Putin Vardanyanı Rusiya vətəndaşlığından çıxardı - FOTO
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin erməni milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığını ləğv edib.
Redaktor.az TASS-a istinadla bildirir ki, sənəd bu gün rəsmi hüquqi informasiya portalında dərc olunub.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanı tərk edərək Ermənistana, oradan isə qanunsuz şəkildə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçən Ruben Vardanyan Qarabağ bölgəsindəki terror rejiminin qalıqlarının əsas himayəçisinə çevrilib.
Həmin fərmanla rus əsilli britaniyalı iş adamı Konstantin Sidorovun Rusiya Federasiyasının vətəndaşlığından çıxması ilə bağlı müraciəti təmin edilib.
Qeyd edək ki, Ruben Vardanyan bu ilin sentyabr ayında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək niyyətində olduğunu bəyan edib. Noyabrın 4-də isə Xankəndidəki erməni separatçılarının rəhbəri Arayik Arutyunyan Vardanyanı "dövlət naziri" təyin edib.
Tunar Altunbay













