Ermənistan XİN başçılarının üçtərəfli görüşündən imtina etdi

 16:04 22.12.2022     402

Rəsmi İrəvan Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan görüşündən imtina edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

O bildirib, Rusiya XİN başçısı Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında İrəvanın qərarından təəssüfləndiyini söyləyib.

Məlumata görə, dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanması məsələlərinin müzakirəsi planlaşdırılırdı.

Qeyd edək ki, İrəvan  xarici işlər nazirlərinin Moskvada planlaşdırılan görüşünün təxirə salınmasını Laçın dəhlizində azərbaycanlı ekofəalların etiraz aksiyasını bəhanə edib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən