“Cənubi Qafqaz üzrə “3+3” formatında altıtərəfli görüş hazırlanır” - Lavrov

 16:31 23.12.2022     158

"Xarici işlər nazirlikləri xətti ilə Cənubi Qafqaz üzrə “3+3” formatında altıtərəfli görüş hazırlanır”.

Redaktor.az Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Rusiyanın xarici işlər naziri Azərbaycanın təşəbbüsü ilə yaradılan platforma çərçivəsində bir görüşün artıq keçirildiyini, lakin Gürcüstan tərəfinin bu görüşdə iştirak etmədiyini xatırladıb.

"Biz artıq nazirlər səviyyəsində görüş hazırlayırıq. Belə görüşün keçirilməsi məqsədəuyğundur. Bu görüşün nə zaman və harada keçiriləcəyini razılaşdırmağa çalışırıq", - o deyib.