“Etirazçıların hüquqlarına hörmət edilməsinin vacibliyini vurğuladım” - Ceyhun Bayramov

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyada həmkarı Sergey Lavrovla müzakirə etdiyi məsələləri açıqlayıb.
Redaktor.az xəbər verir ki, C.Bayramov bu barədə “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, tərəflər ikitərəfli münasibətlər, o cümlədən təhlükəsizlik, iqtisadi, humanitar və nəqliyyat əlaqələri barədə danışıblar:
“Mən bir daha Azərbaycan ərazilərindəki qanunsuz fəaliyyətlərdən narahatlığımı bildirdim və etirazçıların hüquqlarına hörmət edilməsinin vacibliyini vurğuladım”.