"Sərhədlərin delimitasiyasında irəliləyiş gözləyirik" - Mixail Qaluzin

 11:08 24.12.2022     268

Rusiya tərəfi Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsində tərəflərin mərhələli şəkildə hərəkətinə ümid edir.

Redaktor.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin müsahibəsində bildirib.

Onun sözlərinə görə, 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bütün üçtərəfli sazişlərin ən yüksək səviyyədə ərində həyata keçirilməsi sülh müqaviləsi üzrə məsələdə irəliləyişin əldə olunmasına kömək edəcək.

Mixail Qaluzin bildirib ki, üçtərəfli sazişlər Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması üçün yol xəritəsi formalaşdırıb.

“Xüsusilə, biz regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması, sərhədlərin delimitasiyası və humanitar problemlərin həlli kimi sahələrdə tədricən irəliləyiş gözləyirik”, - deyə Qaluzin əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən