Məşhur fransızlar Azərbaycana qarşı çıxış etdilər - SİYAHI

 18:02 24.12.2022     390

Fransanın 200-ə yaxın incəsənət və mədəniyyət xadimi “Le Figaro” qəzetində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Onlar Qarabağ ermənilərinə dəstək və həmrəylik əlaməti olaraq məqalə dərc etdiriblər.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.

Qeyd edilir ki, məqalənin müəllifləri arasında Pyer Rişar, Jan Reno, Karol Buke, Vircinie Ledoyen kimi tanınmış aktyorlar, habelə rejissorlar Kosta-Qavras, Klod Leluş, məşhur yazıçılar Silvain Tesson, Aleksandr Jardin, Gilbert Sinue, Mark Dügen, filosoflar Paskal Brukner və Mişel Onfray, məşhur fransız jurnalisti Stefan Bern də var.

Vumart və Güvən reklamı Vumart Güvən