Prezident Sankt-Peterburqda Putin və Paşinyanla görüşəcək?

 16:15 25.12.2022     414

MDB sammiti çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü planlaşdırılmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmayıb.

Qeyd edək ki, dekabrın 26-27-də Peterburqda MDB liderlərinin qeyri-formal sammiti keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən