"Xankəndi üzərində nəzarəti təmin etməliyik" - Deputat
“Biz Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsindəyik. Uzun illərdir bu bayram bizim Cənubda yaşayan soydaşlarımıza aid edilmirdi. Amma Prezidentimizin onların hüquqları ilə bağlı çıxışı da dünya azərbaycanlıları arasında ümid yaradır”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Deputat bildirib ki, hələ bizim qarşımızda böyük vəzifələr var: “Qarabağla bizə böyük zərbələr vurmaq istədilər. Amma Böyük Azərbaycanın qurtuluşu Qarabağdan başlayır. Ölkə içərisində bizim böyük vəzifələrimiz var. Son 200 ildə ilk dəfədir ki, biz torpaq qaytarmışıq. Əziz qardaşlarım, əziz müxalifətçilər, eybi yoxdur, məni söyün. Biz Xankəndi üzərində nəzarəti təmin etməliyik. Bu gün hamını mütləq əksəriyyət tərəfindən bütün azərbaycanlıların lideri kimi qəbul edilən İlham Əliyevin ətrafında birləşməyə çağırıram”.












