Putin üçtərəfli görüşdən danışdı - VİDEO
Rusiya prezidenti Vladimir Putin bildirib ki, MDB-nin qeyri-rəsmi sammiti ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli söhbət olub.
Redaktor.az Rusiya prezidentinin rəsmi saytına istinadən bildirir ki, bu barədə Putin Ermənistanın baş naziri ilə ikitərəfli görüşü zamanı deyib.
“Əlbəttə, əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləri, Qarabağla bağlıdır. Biz dünən üçümüz bütövlükdə bununla bağlı hər şeyi müzakirə etdik.",- Putin bildirib.
Tunar Altunbay












