“Qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılmalıdır” - Ceyhun Bayramov

 16:31 27.12.2022     373

“Qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı mövqeyimiz konkretdir”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu məsələ üçtərəfli bəyanat da əksini tapıb: “Üçtərəfli bəyanatda erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması qeyd olunub. Rusiyanın əsas mövqeyi ondna ibarətdir ki, bu, Ermənistanın öhdəliyidir. Rusiya arqument kimi Ermənistanın da üçtərəfli sənədə imza atmasını göstərir".

C.Bayramov söyləyib ki, Qarabağda gərginliyə səbəb olan əsas amil qanunsuz erməni silahlı birləşmələrin fəaliyyətidir: "Azərbaycan üçün bu, qəbuledilməzdir. Danışıqlar zamanı biz bu məsələləri davamlı şəkildə müzakirə edirik".

Vumart və Güvən reklamı Vumart Güvən