Prezident Rəhman Mustafayevlə bağlı sərəncam İMZALADI

 11:46 28.12.2022     385

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri R.S.Mustafayevin iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Redaktor.az-ın məlumatına görə, sərəncamda deyilir:

Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Rəhman Sahib oğlu Mustafayev iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilsin.

Vumart və Güvən reklamı Vumart Güvən