Deputatdan naxçıvanlılara çağırış: Niyə etiraz aksiyası keçirmirik?

"Xankəndidə ermənilərin keçiridiyi aksiyalara Naxçıvandan cavab vermək lazımdır".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib. Deputatın sözlərinə görə, Naxçıvanda aksiya keçirməklə bunu dünyaya çatdırmalıyıq.
"Niyə biz Naxçıvanda etiraz aksiyası keçirimirik? Ermənilər dünyaya elə təbliğ edirlər ki, sanki bir onların yol problemi var. Bizim də Naxçıvan problemimiz var. Biz də Naxçıvanın blokadada qalmasını dünyaya çatdıraq. Naxçıvanda aksiya keçirib, onlara cavab verməliyik. Diplomatiyamızın da əlində sübutlar olması üçün belə addımlar atılmalıdır”, - deyə Fazil Mustafa vurğulayıb.
Nərmin VÜQARQIZI