İlham Əliyev kubalı həmkarını təbrik etdi

 11:39 01.01.2023     268

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.

Redaktor.az-ın xəbərinə görə,təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan-Kuba əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Yeni, 2023-cü il münasibətilə də Sizi ürəkdən təbrik edir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".