İsrailli deputatlardan məktub: “Bizim İran adlı ortaq düşmənimiz var”

 23:40 01.01.2023     384

Yanvarın 1-də Knessetin 30 nazir və deputatı İsraildə səfirliyin açılması münasibətilə Azərbaycan parlamentinin spikeri və parlament üzvlərini təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə informasiyanı İsrail mətbuatı yayıb.

Təbrik məktubunda deyilir: "Sizi, dostlarımızı Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edirik. Bu, iki ölkə arasında cəsarətli əməkdaşlığın təşviqində mühüm addımdır, Azərbaycan və yəhudi xalqları arasında çoxəsrlik dostluğun təbii davamıdır".

Deputatların fikrincə, iki ölkənin İran adlı ortaq və təhlükəli düşməni var:

“Rəsmi Tehran hər iki xalqı məhv etməklə hədələyir və Azərbaycan “Hizbullah”ını yaratmağa çalışır.

Öz xalqını vəhşicəsinə qətlə yetirən və bütün dünyada terroru təşviq edən Ayətullah rejimi Azərbaycan xalqını beynəlxalq aləmdə dünyəvi hakimiyyətlərə qarşı yönəltmək üçün antisemitizm təbliğatı aparır”.