Leyla Abdullayevadan Fransa mətbuatının təxribatlarına CAVAB

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Charlie Hebdo" jurnalında dərc olunan və Azərbaycanın guya Ermənistan üçün təhlükə yaratdığını iddia edən məqaləyə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, paylaşımda deyilir:
"Charlie Hebdo qəzeti, dinləyin. Azərbaycan ərazilərinin 20%-nin 30 il ərzində işğalı zamanı Ermənistanın yaratdığı təhlükəni unutmusunuz. İndi Azərbaycan öz suveren ərazilərində sülhü təmin etdiyi halda siz hansı təhlükədən danışırsınız?,” - deyə səfir paylaşımında bildirib.