Blinken Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışığı aparacaq

 10:39 05.01.2023     493

Yaxın günlərdə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olacaq.

Redaktor.az xəbər verir ki, bunu Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O bildirib ki, E.Blinken həmçinin Ermənistanın XİN başçısı Ararat Mirzoyanla da danışacaq.

Qeyd edək ki, tərəflər arasında sonuncu üçtərəfli görüş ötən ilin noyabrında Nyu-Yorkda keçirilib.