"Zəngəzur Nəriman Nərimanovun elanı ilə Ermənistana verilib" - Deputat

 16:51 05.01.2023     551

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

“Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”, - dövlət başçısı vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı, tarixçi alim, professor Musa Qasımlı bildirdi ki, Zəngəzurun Şərqi kimi Qərbi də tarixi Azərbaycan torpağıdır.

“Qərbi Zəngəzur 1920-ci il 1 dekabr tarixində Azərbaycan hökumətinin başçısı Nəriman Nərimanovun elan etməsi ilə Ermənistana verilib. Beləliklə, Zəngəzur bölüşdürülüb. Cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan icması ilə görüşdəki nitqi böyük tarixi əhəmiyyət daşıyır, strateji hədəfləri müəyyənləşdirir. Bu nitq qarşıdakı illərdə görüləcək işləri müəyyənləşdirir. İndiyədək prezidentimiz nəyi söyləyirsə, onu da yerinə yetirib. Hər zaman deyib ki, "mən nəyi, nə vaxt və necə edəcəyimi yaxşı bilirəm". Mən həmin torpaqlara qayıdacağımıza inanıram. Bizim hər birimiz öz fəaliyyətimizdə bu müqəddəs işi yaxınlaşdırmalıyıq”, - deyə deputat qeyd edib.

Nərmin VÜQARQIZI