Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 66 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər vəfat edib.