Hulusi Akar Azərbaycan xalqına təşəkkür etdi
“Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin (Böyük Zirə - red.) adasında məskunlaşmağa məcbur olan mehmetçiklərimizə köməkliyi ilə “bir millət, iki dövlət” ifadəsinin bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqını hörmət və ehtiramla yad edirik”.
Redaktor.az xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərini Anma Günü ilə bağlı bəyanatında bildirib.