Rusiyalı ekspert erməni diasporunun çirkin niyyətini ifşa etdi

 12:45 09.01.2023     235

Bu gündən (yanvarın 9-dan) etibarən beynəlxalq erməni diasporu Qərb mətbuatında Azərbaycana qarşı kampaniya başladır.

Redaktor.az xəbər verir ki, bunu “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

"Erməni diasporu mövcud mövqelərdən, habelə rüşvətxor siyasətçilərdən istifadə edərək, Bakını Qarabağ ermənilərini “blokada” və “soyqırım”nda ittiham edərək, Azərbaycana qarşı genişmiqyaslı böhtan kampaniyası başlatmaq niyyətindədirlər. Ekspertlərin hesablamalarına görə, ilk mərhələdə planlaşdırılan anti-Azərbaycan informasiya kampaniyasının büdcəsi 50 milyon dollar təşkil edəcək”, - rusiyalı tanınmış ekspert qeyd edib.