Paşinyan Rusiya sülhməramlılarını günahlandırdı
“Biz tərəfdaşlarımızla ultimatum dilində danışmalı deyilik”.
Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, durum ictimaiyyətə açıqlanıb, lazımi qiymət verilib: “Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb”.